“Daxili qoşunlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

19 Sentyabr 2020 11:48 (UTC+04:00)

Milli Məclisin payız sessiyasında "Daxili qoşunlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. SİA xəbər verir ki, bu layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planına daxil edilib. İş Planı komitənin 24 sentyabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 24 sentyabrda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabat.

2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.