Magistratura üzrə plan yerlərinin 85 faizi dolub

19 Sentyabr 2020 11:45 (UTC+04:00)

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən SİA-ya məlumat verilib.

Bildirilib ki, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9 753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub. Plan yerləri 85.11% dolub.