ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi Rud Bader Ginzburq ötən gecə vəfat edib

19 Sentyabr 2020 07:24 (UTC+04:00)

ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi Rud Bader Ginzburq ötən gecə vəfat edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə orqanının yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, 87 yaşlı hakim Vaşinqtondakı evində dünyasını dəyişib. Onun son bir neçə ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Rud Badder Ginzburq 27 ildən çox idi ki, Ali Məhkəmənin hakimi idi.