Goranboyda maşınla vurulmuş piyada xəstəxanada ölüb

18 Sentyabr 2020 23:16 (UTC+04:00)

Goranboyda piyadanın vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, 1962-ci il təvəllüdlü Aşağı Ağcakənd sakini Rzayev Hafiz Müzəffər oğlu idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə Qızılhacılı qəsəbəsi istiqamətində 1984-cü il təvəllüdlü Xankəndi qeydiyyatında olan, Zeynallı kəndində məskunlaşmış Novruzov Fəxrəddin Bilal oğlununu yolu keçərkən vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, ölən piyada sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.