Abşeron rayonunda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

19 Sentyabr 2020 03:22 (UTC+04:00)

Abşeron rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.