Türkiyə Superliqasında 2-ci tura heç-heçə ilə start verilib

19 Sentyabr 2020 00:45 (UTC+04:00)

Türkiyə Superliqasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Göztepe" səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

"Yeni Malatyaspor" - "Göztepe" - 1:1
Qollar: Akbunar, 19 (0:1), Büyük, 30-pen (1:1)

Qeyd edək ki, 2 oyundan 4 xalı olan "Göztepe" 1-ci, "Yeni Malatyaspor" isə 1 xalla 11-ci pillədə qərarlaşıb.