Birjalarda neftin qiyməti həftəni artımla tamamlayır

18 Sentyabr 2020 19:01 (UTC+04:00)

Birjalarda neftin qiyməti həftəni artımla tamamlayır.

SİA xəbər verir ki, “qara qızıl”ın qiyməti bu həftə yenidən zəifləyən dollar, ABŞ-da xam ehtiyatlarının kəskin azalması və OPEC-ə üzv ölkələrin enerji nazirlərinin açıqlamaları fonunda 40 dollar/barrelə yüksəlib. Nəticədə neft qiymətləri iyun ayının əvvəllərindən bəri ən böyük həftəlik qazancına yönəlib.

Həftə ərzində isə neft qiymətlərində 9 faizdən çox artım qeydə alınıb.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 43,38 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 41,31 dollara satılır.