Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

18 Sentyabr 2020 21:40 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan qəzetlərindən birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz sözləri ilə əlaqədar Yunanıstan səfirini çağırıb.

SİA xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib: "Türkiyə XİN-ni Yunanıstan səfirini yunan qəzetində Türkiyə prezidenti haqqında uyğun olmayan başlığa görə çağırıb".

Türkiyə diplomatiyasının rəhbəri "təhqir və söyüşlər mətbuat azadlığı baxımından nəzərə alınmalıdır" deyə qeyd edib.