Meşələr daha yaxşı mühafizə olunacaq

18 Sentyabr 2020 18:02 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, əsasən, Oğuz-Şəki zonasındakı meşələrdə müşahidə kameraları quraşdırılıb. Belə kameraların sayının daha da artırılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, müşahidə kameraları meşələrin daha yaxşı mühafizə olunmasına yardım edir.