Keçmiş məhkumun evindən narkotika aşkar edildi

18 Sentyabr 2020 16:17 (UTC+04:00)

Astara rayon sakini E.Əsgərovun evindən 6 kiloqramdan artıq marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təngərüd kənd sakini, əvvəllər məhkum olunmuş E.Əsgərovun evindən 6 kiloqram 657 qram marixuana aşkar edilərək götürülüb.