Avtomobilləri qarət edən şəxslər tutuldu

18 Sentyabr 2020 15:08 (UTC+04:00)

Şəmkir rayonu ərazisində 5 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən A.Adıgözəlov və S.Əzizov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-dən sentyabrın 8-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini A.Adıgözəlov və Şəmkir şəhər sakini S.Əzizov saxlanılıblar.