Oğurluq etdiyinə görə tutuldu

18 Sentyabr 2020 15:23 (UTC+04:00)

Səbail rayonu ərazisindən R.Quliyevə məxsus avtomobili qaçırmış oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən R.Quliyev sentyabrın 17-də rayon ərazisindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış və nəqliyyat vasitəsinin R.Quliyevin oğlu tərəfindən idarə edilməsi məlum olub.

Araşdırma aparılır.