Sumqayıtda yanğın

18 Sentyabr 2020 14:18 (UTC+04:00)

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin içərisinə yığılan ev əşyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.