Avropanın bəzi bölgələrinə silah və ammonium-nitrat yerləşdirilib - Natan Seyls-də ŞOK İDDİA

18 Sentyabr 2020 14:02 (UTC+04:00)

"Hizbullah" terror təşkilatı Avropanın bəzi bölgələrinə silah və ammonium-nitrat yerləşdirib. SİA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Şöbəsinin koordinatoru Natan Seyls iddia edib.

Onun sözlərinə görə, silah və ammonium-nitrat partlayıcı maddələrin hazırlanmasında istifadə olunacaq.

Belçikadan Fransa, Yunanıstan, İtaliya, İspaniya və İsveçrəyə silah daşındığını bildirən Seyls eyni zamanda, Fransa Yunanıstan və İtaliyada ciddi miqdarda ammonium-nitrat yerləşdirildiyini, lakin onların tapılaraq məhv edildiyini vurğulayıb.

Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olub, 6 minə yaxın insan yaralanıb. Şəhər infrastrukturunun yarısından çoxu zərər görüb.

Avropa İttifaqı "Hizbullah"ın silahlı qanadını terror təşkilatı siyahısına salıb, lakin siyasi qanadı üçün belə dəyərləndirilmə edilməyib.