Narkomaniya ilə mübarizə klinikasında yanğın

18 Sentyabr 2020 13:52 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk şəhərindəki özəl klinikada yanğın olub. SİA TASS-a istinadən xəbər verir ki, Moskva vaxtı ilə 23:46-da baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Krasnoyarsk Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən jurnalistlərə verilən açıqlamada yanğının "Təmiz şəhər" adlı özəl narkomaniya ilə mübarizə klinikasının birinci mərtəbəsindəki 10 kv.m sahəsi olan ofisdən yayıldığı bildirilib.

Xilasetmə briqadaları 6 nəfəri xilas edib. Binada başqa insanların olub-olmadığı ilə bağlı axtarış aparılır.