"Azərbaycan hökumətinə 2 illik əməkdaşlıq proqramını əhatə edən yeni müqavilə təqdim edilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan-Avropa İttifaqı onlayn biznes forumunda beynəlxalq təşkilatın yerli nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Yerli nümayəndəliyin rəhbəri qeyd edib ki, ortaq layihələr olacaq. "Gələcək ortaq maliyyələşdirmə layihələrimiz, sosial-iqtisadi bərpa ilə bağlı olacaq", deyə Kestutis Yankauskas bildirib.