Türkiyə ordusu yeni anti-terror əməliyyatlarına başlayıb

18 Sentyabr 2020 13:50 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri yeni anti-terror əməliyyatlarına start verib. SİA-nın məlumatına görə, İŞİD, YPG və PKK kimi terror ünsürlərinə qarşı Bitlisdəki “İldırım-12 Beşqaynaq” əməliyyatlarına 747 hərbçi qatılıb.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada terrorçuların düşərgələrinin, çox sayda hərbi sursatın məhv edildiyi bildirilib.

Nəhəng əməliyyatda Jandarm, Jandarm Xüsusi Hərəkatı, Xüsusi Polis Hərəkatı və Təhlükəsizlik Qüvvələrinin ünsürləri iştirak edir.

Qeyd edək ki, 13 iyul tarixindən başladılan “İldırım” əməliyyatları çərçivəsində bu günədək 71 terrorçu zərərsizləşdirilib.