Cibgirlik edən şəxs tutuldu

18 Sentyabr 2020 13:33 (UTC+04:00)

Hacıqabul şəhəri ərazisində Ucar rayon sakini Ə.Səmədovun pulqabını oğurlamaqda şübhəli bilinən E.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də şəhər ərazisində Ucar rayon sakini Ə.Səmədovun içərisində 236 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.İsmayılov saxlanılıb.