Narkotik alverçiləri tutuldu

18 Sentyabr 2020 13:27 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ə.Abdullayev və H.Qurbanov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Ə.Abdullayev və Cəlilabad rayon sakini H.Qurbanov saxlanılıblar.

Şəxsi axtarış zamanı H.Qurbanovdan 770 qram tiryək və 713 ədəd metadon həbi aşkar edilərək götürülüb.