Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020 12:50 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 1,09 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 5 905 nəfər virusa yoluxub, 134 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 091 186 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 195 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 901 207 nəfər virusdan sağalıb, 170 784 nəfərin müalicəsi isə davam edir.