Avtomobil yandı

18 Sentyabr 2020 12:17 (UTC+04:00)

Goranboy rayonunun Goran qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin yük hissəsi 0,2 m² sahədə qismən yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.