Qobustanda yanğın

18 Sentyabr 2020 12:11 (UTC+04:00)

Qobustan rayonunun Nabur kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisində "ГАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.