Mətanət İsgəndərli Diananın evinə getməsindən danışdı VİDEO

18 Sentyabr 2020 16:22 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərli keçmiş model Diana Əhədpurun onu Bodruma dəvət etməsindən bəhs edib. SİA-nın məlumatına görə, o, sosial mediada video yayımlayaraq bu haqda söz açıb: "Hər qaranlıq gecənin bir gözəl səhəri var. Çox ağrılı günlər yaşayırdım, dözə bilmirdim. Amma Allah qoymur bəndəsi çox fikir çəksin. Karantin idi, küçəyə çıxa bilmirdik. Amma gəldim, cənnətə çıxdım.

Diananın həyat yoldaşı Əhəd bəylə və oğlu Məhəmmədlə tanış olmuşam. Oğlu ispan dilində danışır. Azərbaycan dilini bilir, amma ana dili ispan dilidir. Gözəl Diana, mənim telli durnam".

Qeyd edək ki, Diana əcnəbi iş adamı ilə ailə qurub və Birləşmiş Ərəb Əmirliyində yaşayır. O, dəbdəbəli həyatı ilə tez-tez gündəmə gəlir.