Sahibə Qafarova Rusiya Federasiyası Şurasının sədri ilə görüşəcək

17 Sentyabr 2020 13:45 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moskvaya səfərə gedəcək. SİA xəbər verir ki, barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S.Qafarova ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.

S.Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.