Şəbnəmdən yeniliklər

17 Sentyabr 2020 16:16 (UTC+04:00)

Müğənni Şəbnəm Tovuzlu yaradıcılığında yenilik edəcək. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. O, bildirib ki, “Şah” adlı yeni mahnıya klip çəkdirəcək. Tovuzlu ekran işinin çəkilişlərinə sentyabr ayının 23-ü start verəcək. Müğənni bu klipinə böyük məsrəf sərf etdiyini əlavə edib.

Şəbnəm onu da qeyd edib ki, “Şah” adlı mahnıya çəkdirdiyi klipinə görə görkəmində dəyişiklik edib. Belə ki, o, xeyli çəki atıb.

Tovuzlu həmçinin yeni fotosessiya etdirəcəyini də dilə gətirib.

Qeyd edək ki, ekran işi oktyabr ayında tamaşaçıların ixtiyarına veriləcək.