"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
SİA xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Norveç çempionu ilə qarşılaşma Kiprdə baş tutacaq. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçirilib.
Bu cütün qalibi pley-offda “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gəlməli idi. Məğlub komanda isə yoluna Avropa Liqasının pley-offunda davam etdirərəcəkdi.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr
Qarabağ - Molde 0:0 (penaltilər 5:6)
Matçın 102-ci dəqiqəsində "Molde"nin futbolçusu E.Hussayn penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. “AEK Arena”.