Yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödənilib

16 Sentyabr 2020 13:22 (UTC+04:00)

Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. SİA xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.

Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19515 nəfəri pambıq istehsalçısıdır.

Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 525 500 subsidiya ödənilib.
Xatırladaq ki, 19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.