Qəbələdə yanğın

16 Sentyabr 2020 13:00 (UTC+04:00)

Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.