“Eurovision” mahnı müsabiqəsində səs vermə necə olmalıdır?
11 May 2011 03:47 (UTC+04:00)
Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı "Eurovision" mahnı müsabiqəsinin finalında 25 ölkə çıxış edəcək. SİA-nın məlumatına görə, onlardan "Eurovision" yarışmasının təsisçiləri olan 5 ölkə birbaşa finalda çıxış edir. Həmin ölkələrin çıxış ardıcıllığı:
11. Fransa
12. İtaliya
14. Böyük Britaniya
16. Almaniya
22. İspaniya
Müsabiqənin səsvermə qaydası belədir:
Müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərin.
1 SMS-in qiyməti 60 qəpikdir.
9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür.
Qeyd edək ki, yarımfinalda Azərbaycanın kodu 18-dir. Final mərhələsində çıxış edəcək ölkələrin kodu isə yarımfinal mərhələsindən sonra keçiriləcək püşkatma zamanı bəlli olacaq.