İnam və etimadın tək ünvanı

16 Sentyabr 2020 11:21 (UTC+04:00)

Bu günki, Azərbaycan gəncliyi ilə qürur düya, fəxr edə, gələcəyə ümidlə baxa bilərik. Çünki, Azərbaycan gəncləri müasir dövrün tələblərinə uyğun olaraq formalaşmaqla dünyadakı bütün texnoloji və innovativ nailiyyətlərə yiyələnə biliblər. Hazırda Azərbaycan gəncləri dövlət quruculuğu sistemimində, qanunvericilik, məhkəmə hakimiyyətində, özəl sektorda mütərəqqi uğrlara, nailiyyətlərə imza atmaqdadırlar. Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, elmi konfranslarda, forumlarda, simpoziumlarda ölkəmizi layiqincə təmsil edirlər. Bir sözlə, bu günki, bilikli, savadlı, istedadlı və yaradıcı gənclərin ölkəmizin inkişafına mühüm töfhələr vermələri Ulu Öndərimniz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin bəhrə verdiyini deməyə əsas verir. Öz bilik və bacarığı ilə seçilən, dövlətidarəetməsində qazandığı uğuları ilə tanınan gənclərdən biri də Fərhad Bəyəli oğlu Hacıyevdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müaviini, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini olan Fərhad Hacıyev 25 yaşını cəmiyyətimizin inkişafına verdiyi xeyirli, gərəkili fəaliyyəti ilə qeyd etməkdədir. Vətənpərvər və milli ruhlu gənclərdən olan F.Hacıyev deyirki, Azərbaycanın bundan sonrakı inkişafının əsas aparıcı qüvvəsi gəncləridir və gənclər bu məsuliyyətli vəzifəni qətiyyətlə və əminliklə həyata keçirməyə hazırdır. Onun sözlərinə görə, bu inam və etimadı onlara Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı aşılayıb.

Nəinki işlədiyi Biləcəri qəsəbəsində, ümumiyyətlə Binəqədi rayonunda saf əqidəsi, xeyirxah əməlləri ilə tanınan F.Hacıyev hər zaman fərqlənməyə, göstərilən etimadı zəhməti və əməyi ilə doğrultmağa çalışıb. Sadəliyinə və təvəzükarlğına görə, hər kəs ona öz dərdini, sərini, problemlərini deyə bilir. El arasında deyildiyi kimi, böyüklə-böyük, kiçiklə kiçikdir. Bu baxımdan o, Biləcəri qəsəbə sakinləri arasında özünə böyük hörmət qazanıb. F.Hacıyev iş günün əsas hissəsini küçələri gəzərək insanlarla görüşlərə və onların problem və qayğıları ilə maraqlanmağa həsr edir.Yəni iş gününü kabinetində başa vurmağa deyil, insanlar arasında keçirməyə çalışır. F.Hacıyevin əsas qayəsi və iş prinsipi Prezident İlham Əliyevin dediyi “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq” müdirik fikirlərinin işığında dövlətimizə, xalqımız və Prezidentimizə xidmət etməkdir.