Azərbaycanlılarla ermənilər arasında dava - 11 nəfər HƏBS OLUNDU

16 Sentyabr 2020 11:02 (UTC+04:00)

Samsxe-Cavaxetiyada azərbaycanlılar və ermənilər arasında 23 avqustda baş verən kütləvi davada 11 nəfər saxlanılıb.

SİA teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə məlumat yayan erməni mediası saxlanılanların 8 nəfərinin azərbaycanlı, 3 nəfərinin isə erməni olduğunu qeyd edib.

Kütləvi davanın təşkilində ittiham olunan bu şəxslər barəsində 2 aylıq həbs müddəti seçilib.

Ermənilər həbsə etiraz olaraq Axalkalakidə kütləvi etiraz aksiyası da keçiriblər.