Azərbaycanın işğal olunmuş ərazilərində qoruqların ermənilər tərəfindən məhv edilməsi

16 Sentyabr 2020 10:52 (UTC+04:00)

Avropada analoqu olmayan bu nəhəng çinar ağacları da 1993-cü ildən bəri ermənilər tərəfındən qəddarlıqla məhv olunur, kütləvi şəkildə kəsilib mebel istehsalında istifadə edilir. Ermənilər Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşə-sinin yerləşdiyi ərazidə ağac emalı sexi açmışlar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çi-nar, qoz, palıd ağaclarını ucdan tutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırır, beləliklə də cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal-qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücər-tilər məhv edilir. Həmçinin, Zəngilan rayonunun Muğanlı kən-dində 100 milyon ABŞ dolları dəyərində yeni ağac emalı zavo-du tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağac-lardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələ-rinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir. Dünya terror və korrupsiyaya qarşı "Bank-İnformasiya" Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatında bildirilir:

1. Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq de-mək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satı-lıb;

2. Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sa-həsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilmişdir;

3. 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılmışdır;

4.110 çinar ağacı kökündən çıxarılaraq, Göyçə (Sevan) gö-lünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülmüşdür;

5. Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunmuşdur. Bəsitçay dövlət qoruğuna ermənilərin vurduğu zərərin hesablan-mış miqdarı 785 541 570 manatdır. Azərbaycan Respublikasının Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qara-göl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində də-niz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. İşıqlı Qara-göl bu qoru ğun ərazisindədir Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha işıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə də aiddir. Qoruqda 102 bitki növ və yarım növü vardı. Gölə heç bir yerdən su axınının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus ra-yonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda nəzarətdən kənar qalmış gölün su-yundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsir-lərə gətirib çıxara bilər. Qaragöl dövlət qoruğunda mövcud olan 68 növ və 27 ailədən ibarət 102 bitki növü erməni talanı ilə üz-üzədir və ermənilərin bu qoruğa vurduğu zərərin hesablanmış miqdarı 1 761 962 400 manat həcmindədir. Yasaqlıqlar Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazi-sində yaradılmışdır.

Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quş-ları qoruyub saxlamaq və artırmaq idi. Yasaqlıq ərazisi ən yük-sək zirvəsi Qırxqız (2825 m) olan orta və yüksək dağlıq relyefə malikdir və Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin də-rələr vasitəsilə kəskin parçalanmışdır. Yasaqlıqda qışı quraq ke-çən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700- 2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır ki, bu da respublika ərazisinin 0,25 %-ni, respublika yasaqlıqlarının isə 8,8 %-ni təşkil edir.

Həmin sahənin 7369 ha və ya 34,5 %-i meşə sahəsi, 1448 ha və ya 6,8%-i alp çəmənliyi, 7400 ha və ya 34,8 %-i subalp çəmənliyi, 4257 ha və ya 20%-i otlaqlar, 862 ha və ya 4%-i qayalar və üçqunlar, 34,0 ha isə xüsusi təyinatlı torpaqlardır. Burada 1989-cu ildə aparılan yoxlanmada 96 baş dağ-keçisi (bezoar keçisi), 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, janavar, porzuq, dələ və s. heyvanlar, quşlardan 200 qırğovul, 1 500 kəklik məskunlaşdığı müəyyən edilmişdi. Yasaqlıq ərazisi əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşə-lərdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1 %), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Yasaqlığın əra-zisində Hacışamlı meşəsində 4 min hektardan çox ərazini əhatə edən dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ Çar hökuməti döv-ründə fransızlar çətin dağlar ilə Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər, ancaq sovet hakimiyyəti qurulduğu vaxta düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xususən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlığda yayılmışdı. Dağlıq Qa-rabağa səfər etmiş jurnalistlər Laçın rayonunda olan Piçənis və Hacışamlı meşəliklərində dünya şöhrətli qırmızı palıdın ermə-nilər tərə findən necə qırılıb daşındığını müşahidə etmişdilər.

Meşəliklərdəki qırmızı palıdı qıraraq şərab çəlləklərinin is-tehsalı üçün Fransaya satırlar. Bu üzdən nadir meşəlik tükənmək üzrədir. Bu yasaqlıq üzrə ermənilərin vurduğu zərərin miqdarı 157 108 314 manat hesablanmışdır. Qubadlı dövlət yasaqlığı əsasən cüyür, çöl donuzu, ayı, canavar, qır ğovul, turac, bildir-çin, göyərçin və s. heyvanat aləmini qorumaq və artırmaq məq-sədilə 1969-cu ilin iyununda Qubadlının şimal və Laçın rayonunun cənub hissəsini əhatə edən 20 000 hektar ərazidə yaradılmışdır. Qarabağın Azərbaycanın ən səfalı yasaqlığının sahəsi respublika üzrəyasaqlığın 8,2%-ni təşkil edir.Qubadlı dövlət yasaqlığının ərazi əsasənqırmızı palıddan və vələsağaclarından ibarətdir. Eyni zamanda ardıc,yemişan,itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır.Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır.İşğal olunmamış danəvvəl aparılmış son uçot nəticəsində müəyyən edilmişdi ki, yasıllıq da heyvanlardan 101 baş çöl donuzu,21 baş qonur ayı,35 baş cüyür,420 baş dovşan,25baş canavar,134310 baş çaqqal,75 baş porsuq,quşlardan isə 560 kəklik və s. məskunlaşmışdı.Qırğovul,turac,bildirçin,göyərçin bu yerlərin daimi sakinləridir. Hazırda ermənilər Azərbaycanın bu sərvətlərindən vəhşicəsinə istifadə edirlər və yasaqlıq demək olar ki, məhv olmaq üzrədir.Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin məbləği 13 789 600 000 manat məbləğində hesablanmışdır.Arazboyu yasaqlıq Bəşitçay dövlət qoruğuna tabe olmaqla 1993-cü iliniyun ayında Zəngilan rayonunun İranla sərhəd olan Arazçayı sahilində yaradılmışdır.Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır.Buraya qışı mülayim olan iqlimə malikdir.Torpaqı münbit gillidir.Ərazi suya təlabatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitkilərin böyümə və inkişafı üçün normal şərait yaradır.Uzunluğu50 km,eni50-100 metr bəzi yerlərdəisə 200-250 m məsafəni əhatəedən bu yasaqlıq 5 min hektardır. İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmış, məlum olmuşdurki, burada 300 başadək çöldonuzu,7 baş qonur ayı, 350 baştülkü,300 çaqqal,15 baş canavar,70 baş porsuq,12 baş cüyür vardır.Quşlardan turac,qırğovul,kəklik,bildirçin,yaşılbaş ördək daimi məskunlaşmışlar.Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin məbləği3 447 400 000 manat civarındadır.Daşaltı yasaqlığı nadir təbiət komplekslərini qoru-maq üçün 24 noyabr 1981-ci ildəŞuşavəƏsgəran ərazisindətəşkil edilmişdir.YasaqlıqQarabağınAzərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidələr olan 450 hektar ərazini əhatə edirdi. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardı. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyi idi. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, ye-mişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edirdi. Ərazi dərman, endemik və nadir bitkilərlə də zəngin idi. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşmışdı. 1992-ci ildən Ermənistanın işğalı altında olan yasaqlıq hazırda tamamilə məhv edilmişdir. Yasaqlıq üzrə ermənilərin vurduğu zərərlərin hesablanmış məbləği 320 166 000 manatdır. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır: - a) bütövlükdə flora və faunanın mühafizəsi (Fauna və floranın, onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası, Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası, Bitkilərin mühafizəsi haqqında 1951-ci il Beynəlxalq Konvensiyası); - b) balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası, Dünya sularında balıqçılıq haqqında 1958-ci il Konvensiyası, Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.); - c) konkret növlərin mühafizəsi (Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il Konven-siyası, Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.) - ç) yox olmaqda olan və ya nadir növlərin qorun-ması (Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası, Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.) Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal olunmuş ərazilərində 5 ədəd geoloji-paleontoloji obyekt var idi və hazır-da bu mağaralar da ermənilər tərəfindən silah-sursat anbarları kimi və digər maraqlar naminə istifadə olunur. Azıx mağarası Xocavənd rayonunun Azıx kəndindən bir kilometr cənub-şərqdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir114. Mağara süxurları Oksford-Kimmeric yaşlı əhəngdaşlarıdır. İki üfüqi girişli mağara, hündürlüyü 20 m-dək və ümumi uzunluğu 250 m, sahəsi 8 min m2-dən çox olan 6 salondan ibarətdir. Bir-biri ilə dar keçidlərlə birləşən salonların ən böyüyü olan 3-cü salonun sahəsi 104 m2–dir. Mağarada çoxlu sayda stalaktit və stalakmitlər vardır.

Salonun bəzilərinin döşəməsi qalın zınq (quş peyini-quano) qatı ilə örtülmüşdür. Azıx mağarası aşkar edilmiş arxeoloji ta-pıntılarla da məşhurdur və tapıntıların qədimliyinə və elmi əhə-miyyətinə görə dünyanın ən nadir insan düşərgələrindən hesab edilir. Burada qədim daş dövrünə (şell-aşell) aid ocaq yerləri olan məişət əşyaları, heyvan sümükləri qalıqları və s. ilə zəngin qalın mədəni təbəqənin mövcudluğu və 250 min il yaşı olan insanın (azıxantropun) alt çənə sümüyünün tapılması Azərbay-canın çox qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Bu sahədə ən dəhşətli məqam ondan ibarətdir ki, Qarabağ dağlarının cənub-şərq yamaclarının İran-Azərbaycan ərazisinin kəsişdiyi ən ucqar zirvədə, Quruçayın sol sahilində, dəniz səviy-yəsindən 900 metr yüksəklikdə yerləşən, 1968-ci ildə azərbay-canlı alimlər (Məmmədəli Hüseynov və b.) tərəfindən kəşf edil-miş Azıx mağarası xüsusi qəddarlıqla dağıntılara məruz qoyul-muşdur. Tədqiqatlar göstərir ki, Azıx mağara-paleolit öz qədi-miliyinə, çoxtəbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olmuşdur. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxan-tropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yarat-mışdır. Belə bir möhtəşəm abidə Ermənistan tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah anbarı kimi istifadə edilmiş, 2001-ci ildən 2006-cı ilədək isə bu mağarada arxeoloji qazıntılara start verilmişdir. Bu qazıntı işlərinə rəhbərlik edənlər Böyük Brita-niya vətəndaşı Tanya Kinq Ovenesyan, İspaniya vətəndaşı Patris Domindes və Ermənistan vətəndaşları Levon Episkopesyan və Hamlet Petrosyan olmuşdur. Tağlar mağarası Xocavənd rayo-nunun Metstağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Uzunluğu 22 metrdir. Mağara süxur-ları Oksford-Kimmeric yaşlı əhəngdaşlarıdır. Xan mağarası Şuşa şəhərindən cənubda, Qarqarçayın sol sahilində dəniz səviy-yəsindən 1365 metr yüksəklikdə yerləşir. Uzunluğu 114 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır. Qaxal mağarası Şuşa rayonunun Daşaltı kəndindən 500 metr şimal-şərqdə, Qar-qarçayın sol sahilində, dəniz səviyyəsindən 1410 metr yük-səklikdə yerləşir. Uzunluğu 72 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır. Divlər sarayı mağarası Cəbrayıl rayo-nunda Dağtumas kəndindən 2 kilometr şərqdə, dəniz səviy-yəsindən 870 metr yüksəklikdə yerləşir. Uzunluğu 30 metrdir. Mağara süxurları Titon yaşlı əhəngdaşlarıdır.

Vahid Ömərov f.ü.f.d.dos.