Paytaxtda mənzil yanıb

16 Sentyabr 2020 10:31 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.