Milli Kitabxana yeni metodik vəsaiti virtual rejimdə təqdim edib

16 Sentyabr 2020 10:36 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanalarda hüquqi informasiyaya olan təlabatın ödənilməsi” adlı metodik vəsait hazırlanıb. Kitabxanadan SİA-ya bildirilib ki, təqdim olunan metodik vəsaitdə kitabxanada hüquq üzrə ədəbiyyatın təbliği ilə bağlı tövsiyələr verilib, oxucuların hüquqi informasiyaya olan tələbatının ödənilməsinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs olunub.

Metodik vəsaitlə tanış olmaq istəyənlər

http://anl.az/down/Kitabxanalarda.huquqi.informasiyaya.olan.telebatin.odenilmesi.pdf linkindən istifadə edə bilərlər.