Venesuela hərbçiləri ölkənin hava sahəsinə qanunsuz daxil olan ABŞ təyyarəsini vurublar

16 Sentyabr 2020 07:20 (UTC+04:00)

Venesuela hərbçiləri ölkənin hava sahəsinə qanunsuz olaraq daxil olan narkotik vasitə ilə yüklü ABŞ təyyarəsini vurublar.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Nestor Reverol özünün “Twitter” səhifəsində bildirib.

"Sulia ştatında ölkənin hava sahəsini qanunsuz olaraq keçən ABŞ qeydiyyat nömrəli və narkotik maddə daşıyan təyyarə zərərsizləşdirilib”, - deyən Reverol təyyarənin fotolarını paylaşıb.