6 ölkədən gələn şəxslər məhdudiyyət tətbiq edilmədən Estoniya ərazisinə daxil ola biləcək

16 Sentyabr 2020 02:13 (UTC+04:00)

Sentyabrın 20-dək Estoniyaya Latviya, Litva, Finlandiya, Vatikan, Kipr və Lixtenşteyndən gələn şəxslər məhdudiyyət tətbiq edilmədən Estoniyanın ərazisinə daxil ola biləcək.

SİA ölkə mətbuatına istinadla xəbər verir ki, sentyabr ayının 14-dən etibarən ikihəftəlik özünütəcrid rejimi qaydalarına riayət etmək və ya koronavirus testindən keçmək tələbi Estoniyaya Avstriya, Andorra, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İrlandiya, İslandiya, İspaniya, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və İsveçdən gələn hər bir kəsə şamil olunur.

Avropa İttifaqında razılaşdırılmış siyahıya daxil olan üçüncü ölkə vətəndaşlarına da Estoniya ərazisinə daxil olmağa icazə verilir. Hazırda bu siyahıya Avstraliya, Gürcüstan, Yaponiya, Cənubi Koreya, Ruanda, Tailand, Uruqvay və Yeni Zellandiya daxildir. Hərəkət məhdudiyyətləri Kanada və Tunisdən gələn şəxslər üçün də tətbiq olunur.