Trüdo və Merkel Belarusdakı vəziyyəti və Navalnı ilə bağlı vəziyyəti müzakirə ediblər

16 Sentyabr 2020 06:44 (UTC+04:00)

Kanadanın baş naziri Castin Trüdo və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

İki hökumət başçısı telefon bağlantısı zamanı zamanı Belarusdakı vəziyyəti və rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

“Onlar Rusiya ilə münasibətlər mövzusuna toxunublar və rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini faktını qınayıblar. İki ölkənin liderləri Belarusdakı vəziyyətdən bəhs edərək, burada dinc şəkildə və demokratik qaydada dəyişikliklərin aparılmasının vacibliyini qeyd ediblər”, - məlumatda belə deyilir.

Bundan başqa, Trüdo və Merkel yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyəti və Kanada-Almaniya münasibətlərini müzakirə ediblər.