Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin XİN rəhbərləri Şeyx Abdulla ibn Zaid əl-Nahayyan və Abdel Lətif əz-Zayani İsraillə əlaqələri normallaşdırmaq məqsədilə bu ölkənin baş naziri Benyamin Netanyahu ilə müqavilə imzalayıblar.
SİA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, imzalama mərasimi ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilib. Tədbir ABŞ-ın əsas televiziya kanalları tərəfindən də yayımlanıb.
Razılaşmalara görə, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin uzadılmasını dayandıracaq. Bu, Fələstin-İsrail münaqişəsinin həllinə dair ABŞ planında da nəzərdə tutulub.