Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

15 Sentyabr 2020 21:32 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 15-nə olan statistik göstəriciləri açıqlayıb. SİA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 921 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 020 029 test aparılıb. Aktiv xəstə sayı 1 953 nəfərdir, onlardan 111 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub.