Oğuz sakininin həyətindən narkotik vasitələr aşkar edildi

15 Sentyabr 2020 16:04 (UTC+04:00)

Oğuz rayonunun Bayan kəndində yaşayan E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkar edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonunun Bayan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Calut kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 278 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.