Pərviz Türkiyəyə birdəfəlik köçüb?

15 Sentyabr 2020 17:30 (UTC+04:00)

Acun Ilıcalının "Survivor" yarışmasına qatıldıqdan sonra Türkiyədə də tanınan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev İstanbula yollanıb. SİA-nın məlumatına görə, idmançı artıq xeyli müddətdir ki, sosial şəbəkədə oradan paylaşımlar edir. Türkiyədə yaşayan Pərviz hətta işə belə başlayıb və idman zallarından birində boks dərsləri verir.

Qeyd edək ki, Pərviz Türkiyədə serial və film dəvəti aldığını da demişdi. O bildirib ki, şərtlər uyğun olarsa, çəkilməyə razılıq verəcək.