Oğlunu itirəndən sonra Canəli Əkbərovun yeni görüntüləri VİDEO

15 Sentyabr 2020 16:26 (UTC+04:00)

Oğlunu itirəndən sonra ilk dəfə Xalq artisti Canəli Əkbərovun yeni görüntüləri yayılıb. SİA-nın məlumatına görə, sözügedən videonu Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında yayımlayıb.

Müəllimini ziyarət edən xanəndə paylaşımına bu sözləri yazıb: "Xalq artisti, ustadım Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə, şagird hər zaman ona əziyyət çəkən müəllimlərini unutmamalıdır. Korifey sənətkarımıza Allah şəfa versin".

Qeyd edək ki, C.Əkbərov iyulda oğlunu itirib. Onun övladı xərçəngdən əziyyət çəkirdi. Bir neçə ay əvvəl isə onun qardaşı Rusiyada vəfat etmişdi. Ayağında problem olan xanəndə uzun müddət xəstəxanada yatmışdı.