Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) vətənpərvərlik ruhunu əks etdirən növbəti videoçarx təqdim edilib. İdarədən SİA-ya bildirilib ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə dəstək olaraq təqdim edilən videoçarx “Türk oğlu” mahnısının müşayiəti ilə nümayiş olunur.
Mahnının sözləri şairə-publisist Nəsibə İsrafilqızına məxsusdur. Bəstəsi Arif Səlimova, ifası isə Xalq artisti Gülyanaq Məmmədovaya aiddir.
Videoçarxda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, general-mayor Polad Həşimov və 12 iyul döyüşündə şəhid olmuş digər igidlərin fotoları nümayiş olunur.
Videoçarxda, həmçinin Azərbaycan və türk qardaşlığı ilə bağlı fotolar da verilir.