İnternet oyunlarında və xəbər portallarında dilimizin saflığı problemləri

14 Sentyabr 2020 17:29 (UTC+04:00)

1-ci yazı

Xəbər verdiyimiz kimi, “Azadlıq Hərakatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya texnologiyalarından istifadədə Azərbaycan dilinin saflığının qorunması:araşdırma, təhlil və təkliflərin hazırlanması” layihəsini həyata keçirir. Əvvəlki yazılarımızda verdiyimiz vədə əməl edərək layihənin araşdırma mərhələsi başa çatdığına görə monitorinqin nəticələri ilə bağlı ictimaiyyətə bəzi məlumatları çatdırmağı faydalı hesab edirik. Aparılan arasdırmalar zamanı işçi qrupunu ən çox narahat edən söz oyunlarının tərtib edilməsində buraxılan saysız-hesabsız qüsurlar oldu. Krassvord və ya çaynvord üslubunda hazırlnmış bu söz oyunlarını tərtib edənlərin Azərbaycan dilini təmiz bilmədikləri aşkar görünür. İlk baxışda adi oyun təsiri bağışlasa da, xüsusilə gənclərin bu oyunlara marağını nəzərə alsaq demək olar ki, belə oyunlar nitqin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin müşahidələrimiz qətiyyətlə belə bir nəticə çıxarmağa əsas verir ki, həmin oyunları hazırlayanlar bilərəkdən ya bilməyərəkdən yeni nəsildə dilin inkişafına çiddi zərbə vururlar. Araşdırma nəticəsində (com.füqo.wo və 50_com.miui.vide portallarında) aşkar olunan qüsurları üç qrupa bölmək olar. Birinci qrup dilimizin lüğət tərkibinə daxil olmayan əcnəbi sözlərdən gen-bol istifadə olunması ilə bağlıdır:marinad, tetra, taburet, krovat, avtor, luk, dust, hala, hana, çevron, şustrıy, manto, bay, privet, hello, period, avtişnik, razmer, kliyent, nan. pkroşka, namə, rezyume, vozniak, iphone, orqanik, notredame, araxis, proqramist, avtişnik, lastik, botinka ,trio, triko ,mior, avtor, rolik,lektor, tras,s ekta, masal, xamuşan, terma, florist, sort, ispanka, manto, poni, baptist ,motor, özləmək, aktiv, sənə, kavaler, akvarel, halə, maq, azim, rolik, turistik, septik, avtor, adres, etap, office, şapka, prokat, avtokar, netto, septik, idiom, solyaçka, zontik, kompani, şortik, septik, kapot, kitel, omlet, sort, mazi, sport, kiosk, pastor, fizikçi, dublyor, dubl, pipetka, çalı, oylama, karmin, mikron, və s...

İkinci qrupa dilin qrammatik qaydalarının pozulması ilə müşahidə edilən sözlər daxildir: Sehir, tumbul, ikindi, süt, kil, təəcüb, devlet, katar, protorip, spirit, dənizatı, zati, tabu, dayna, timsal, atil, xallanma, xallama, alçı, çalançı, donatma, meyil, meyili, xovlamaq, gözəmək, təlif, həmi, təmim, qatran, intiha, dust, biqafil, müyəssər, hana, piltə, vokaliz, səndəl, sığnaq, omar, yasli, vəlid, serin, azvlə, dəxil, dəjişmək, turna və s... Nəhayət, üçüncü qrup o sözlərdir ki, nə Azərbaycan dilində, nə də hər hansı əcnəbi dildə mövcud deyil. Sadəcə qrafanı doldurmaq üçün qeyri-adi sözlər yaranır. Nümunələr:Xara, qaramat, part, past, kanoe, toqquş, tutam, mulat, klerk, manilik, akril. Oval, gərmək, fəs, künyə, danq, yak, boa, nacaqlı, kormofit, xırlama, yerləmə, dəmsaz, kömbələn, aşi, sirat, əkələnmə, qutan, misləmə, simləmə, potaşlı, hamil, özgün, taban, sumaxer, stendar, tərik, məs, baraj, bor, oval, masqura, tutam, mulat, xara, xart, dambra, ulan, ququş yard, ishal, erasa, deist, kardashian, ham, part, sırma, modallıq, plaskiask, qranj, şanson,ardıc, triller, sitka, yard, ipad, ima, astroit, anaqram, razl, ağlay, yerləmə, tevez, minni, makara, üzvlənmə, stan, lalama, siqma, roulinq, ron, yard, fəs, muza, mani, kis, last, maqma, karp və s. informasiya texnologiyalarında saytların tərtibi zamanı dizayn görüntülərində dilimizin qrammatik qaydalarına əməl edilib-edilməməsi də araşdırma zamanı diqqət mərkəzində oldu. Sevindirici haldır ki, həm dövlət qurumlarının, həm də özəl sektorun hazırladıqları saytlarda, əvvəlki illərə nisbətən ciddi irəliləyişin şahidi olduq. Belə ki, çox az sayda portalın tərtibində dil qüsurları aşkar edildi. Məsələn,change.org saytında olduğu kimi. Adın özü anlaşılmaz əcnəbi söz olduğu yetməz kimi, titul səhifəsində “What's happening on Change.org”, “Fikrət Hacıyev signed this petition”, “Pərvin Cobanov signed this petition”, “Benovshe Maliyeva signed this petiton” kimi əcnəbi sözlər yer alıb. Digər diqqəti cəlb edən bir nümunə. Həm “Azərsel”, həm “Azərtelekom”, həm də digər “Azər” sözü ilə başlayan və ya bitən adlarda, öz saytlarında və eynilə də bu ada müraciət edən bütün digər internet resurslarında, reklam bloklarında “azersell”, “azertelekom” və s. kimi yazılması başa düşülən deyil. Türk əlifbasında “ə” saitinin hərfi işarəsi olmadığından bu səs də “e” hərfi ilə işarələnir. Ancaq Azərbaycan dilində “ə” saitinin hərfi işarəsi olduğu halda nədən “e” yazılır? Ümumiyyətlə, ayrı-ayrı saytlarda, xüsusən müxtəlif məzmunlu reklam bloklarında qarşılaşdığımız qüsurlar, reklam hazırlayan və onu internet portallarında yerləşdirənlərin cox zaman dilimizin saflığına məsuliyyətsiz yanaşdıqlarını göstərir. Reklam bloklarında əcnəbi sözlərdən yersiz istifadədən tutmuş fonetik, leksik və qrammatik normaların pozulmasına qədər saysız-hesabsız qüsurlara yol verilir.

Daha bir neçə nümunəyə diqqət yetirək: ”IDEAL perfumery &cosmetics - YENİ DOLĞUN RƏNGLƏRLƏ DƏBDƏ OLUN!” “Bank of Baku – İnternet bankçılıq pulsuz.” “Azər Türk Bank – Premium xidmətlər toplusu sizi...” “(Schwarzkopf) Şvarskopt – peşəkar keyfiyyət saçlarınız üçün.” “Nova siti yaşayış kompleksindən qızmar qiymətlər kompaniyası.” “Miselyar su – çirklənməni maqnit kimi özünə çəkir, makiyajı əlavə sürtünməsiz silir, qidalandırır, qayğısını çəkir.” “Aza inanmıram! O məni uğur kişisi, müasir kişi edir.” “Persen Forte – stressdən üstün olun.” “Badam yağı üzümüzdə yaranan qırışıqları ömrü boyu məhv edir.” “Yevroluks – illər sürən güvən.” “ İndi düzgün paltar seçməyə anında bəyaz təbəssüm əldə etməkdən daha çox vaxt sərf edəcəksiniz.” “Qarnier müdafiə S-kompleksli mübarizəni aparan antiperspirant.” “Hər növ plyonka” (əcnəbi dil vahidindən istifadə). “Oriental dance” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “Bakines plate hotel” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “İdeal - 777 massaj center/” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir “Pokrovskie dveri” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “Ustanovka, xhein” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “SONY Arzuların kamili” (leksik-qrammatik norma pozulmuşdur) “Be`set helal team” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “Luxure Life” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “Beer hause” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “ Luxry kids” furniture (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir) “Walorosa men`s wear” (əcnəbi dildə və əcnəbi qrafika ilə verilmişdir).

Təhmasib Novruzov. “Azadlıq Hərakatçıları” İctimai Birliyi