“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında açılmış “Müvafiq tədbirlər” sərgisi davam edir. SİA-nın məlumatına görə, rəssam Elturan Məmmədovun fərdi sərgisi ilə həftənin II, III, IV və V günləri, 12:00-dan 20:00-dək hər kəsin tanış olmaq imkanı var. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb.
Binaya daxil olmazdan öncə, qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda 6 nəfər daxil ola bilər.
Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.
Giriş ödənişsizdir.