"FACEBOOK" virusları… KÖŞƏ YAZISI

14 Sentyabr 2020 12:31 (UTC+04:00)

Bu gün Azərbaycanda internet resurslarından istifadə azaddır və bu amil həm də bir aksiomadır. Yəni istər facebook, istər twitter, istərsə də digər sosial şəbəkələrdə on minlərlə istifadəçilərimiz mövcuddur. Ancaq gəlin görək, həmin istifadəçilərin hər birini normal, insani dəyərlərdən uzaq olmayan tərbiyəvi əhəmiyyətdən, cəmiyyətə mənfi təsir etməyən statuslar yazır, qruplar yaradır, fikirlər bölüşdürürlər? Təəssüf ki, bu, belə deyil. Çünki bir çox hallarda ifrat təhqirlər və xalqımızın milli-mənəvi dəyərlərinə aid olmayan statuslara da rast gəlinir. Bu acınacaqlı faktor isə, təbii ki, gələcək nəsillərə ötürülmə təhlükəsini yaşadır. Bəs bunun baş verməməsi üçün nə etmək, hansı tədbirlər görmək olar?

Hazırda sosial şəbəkələrdə azadlıqdan sui-istifadə hallarına rast gəlinir və sosial şəbəkələrdə insanların şəxsiyyətini təhqir edənlərin qarşısı alınmalıdır. Necə deyərlər, elə zənn edirlər ki, «babam mənə kor deyib, gəlib-gedəni vur deyib»də olduğu kimi nə istəsələr, edə bilərlər. Ancaq hələ ki, onların istəkləri elə istək olaraq qalıb. Göründüyü kimi, artıq Azərbaycan Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı və digərlərini İnterpol xəttilə axtarışa verib. Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin bildirdiyinə görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə «youtube» və «facebook» sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Həmçinin, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Gördünüz ki, "mənəm-mənəmliklə" iş bitmir. Ancaq görünür, abırsızın abrı olmadığı kimi…

"Milli Şuran"ın virusları lap iyrəncdirlər…

Əgər bir adam ki, mənəviyyat nə olduğunu bilmirsə, ondan nəyisə ummaq mənasızdır. Elə özlərini əxlaqlı, savadlı, haqq tərəfdarı sayırlarsa, bu gün qeybətxana yuvası olan «Milli Şura»nın keçirdiyi "iclaslarında" yenidən pandemiyanın uzadılmasının müxalifətə xeyri olduğunu niyə sevinclə bildirir və niyə hökumətə qarşı antitəbliğat kampaniyasına "bir çox tanınımış ziyalıların" da cəlb olunmasının vacibliyini xüsusi qeyd edirlər? Çünki sentyabrın 10-da keçirmək istədikləri razılaşdırılmamış yürüşləri yenə də xalqın qınağına səbəb oldduğundan indi də ardıcıl olaraq soial şəbəkələrdən dövlətin, xalqın ünvnına təhqirlər, böhtanlar deməyə. Bu yerdə saçına, başına qiymət verməyən, ABŞ-da oturub qeybətxana yuvasına «təkliflər» yağdıran «Milli Şura”nın sədri Cəmil Həsənli bildirir ki, "ölmək-ölməkdir, xırıldamaq, nə deməkdir? Hamı bu "xalqın kanalını" eşitsinlər, ancaq və ancaq artıq susmaqğın zamanı deyil. Koronavirus deyə-deyə əl-ayağımızı bağlayıblar. Artıq zaman dar». Bax budur, səviyyəsizlik, mənəviyyatsızlıq, nankorluq. Mən onun üzünə baxarkən bir daha şahid oldum ki, olmayan ağılı da gedir, necə deyərlər: «atdığını, tutduğunı» anlamır. Hələ də anlamır ki, xalq 90-cı illərin düşüncəsində olan xalq deyil, pisi yaxşıdan, kimin-kim olduğunu da artıq bilir. Görünür, bu qoca huşsuz, təhqir etmirəm, çünki bəli bu qoca huşsuz qəribədir ki, təhqirli, böhtanlı sözləri unutmur, ancaq onu da yaxşı bilir ki, 2003-cü ildən xalq sizləri arxivin o tozlu zibilliyinə tullayıb. Elə bu anda ələyçinin qıl verəni, mənəviyyatsız Gültəkin Hacıbəyli bildirir ki, «yenə də neftin qiyməti düşdü, vəziyyət daha da pisləşəcək, məqamdır səsimizə səs verin» çağırışın eşitdikdə, yerimdən öz-özümə: "bu qədər də nankorluq olar",- dedim. Hansı xalqı «ayağa qalx» çağırışını edirsən? O xalqın ki, əlildir, veterandır, qaçqındır, imkansızdır, şəhid ailəsidir, zor gücü ilə torpaqların əlindən almısan? Əslində, hər şeylərini satıb-satılan mənəviyyatsızlardan, AXCP sədri kimi satan, satılan Əli Kərimlinin "pultu" ilə idarə olunanlardan ancaq belə sözlər eşitmək olar. Bax, budur kor olmaq. "Haqq yolundan" dəm vuran G.Hacıbəyli, C.Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Qəqimət Zahid kimilər hələ bu günə kimi, haqla nahaqqı ayırd edə bilməyib. Çünki qrantlara satılmağa adət edən bu nankorlar daxilən o qədər miskinləşiblər ki, bizimçün dünya boyda Azərbaycan gözlərinə başdan sona zülmət içində, qaranlığa qərq olmuş kimi görünür. Niyə? Yalınız azalıb? Dərdiniz nədir? İstər sən G.Hacıbəyli, istər C.Həsənli deputat olduğunuz müddətdə yediniz, dağıtdınız, "at oynatdınız", indi nə oldu? Çünki sizin kimi işlənmiş alətlər və "tryapkalar" Vətənin uğurlarına sevinməmisiniz. Doğru deyiblər: «kor gözləri görməyən deyil, görmək istəməyəndi". Çünki sizin kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Özünüzü "Milli Şura"nın "əzabkeşi" kimi qələmə verməklə "şərəf" duyursunuz. Bax, bu yerdə deyirlər: "başçısı gülüm olanın başına külüm olar". Və Vətənindən, dövlətindən üz çevirən belə nankorların bir adı var – MƏNİVİYYATSIZLAR!!! Mənəviyyatsız Əli Kərimlinin törəmələri….Bu mənəviyyatsız, satqın Əli Kərimli bar-bar bağırır ki, qoymayın, Azərbaycanda söz və fikir azadlığı pozulur, guya "facebook" YAP-çılar üçün qorxulu kabusa çevrilib" (?!-R.) Şəxsən mən YAP-çıyam və "facebook" mənim üçün heç bir qorxulu kabusa-filana çevrilməyib. Eləcə də, digər yeni azərbaycançılar sosial şəbəkələrdə əlikimilərin cavablarını lazımi qaydada verməklə, onu yerində otuzdururlar. Və əslində, qorxulu kabus məhz Ə.Kərimli üçündür. Əgər qanunvericilikdə sosial şəbəkələrə nəzarət müəyyən edilərsə, onda Ə.Kərimlinin də dili qısalacaq və İ.Qəmbərə yeni-yeni söyüşlər yazdıra bilməyəcək. Artıq geriyə yol yoxdur. O zaman atdığınız bu böhtalara, satqınçılığa görə xalqın cəzası böyük olacaq və dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli-C.Həsənli, S.Osmanqızı, Q.Zahid, Vidadi İskəndərli ligər anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq…

RƏFİQƏ