“Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək

14 Sentyabr 2020 10:41 (UTC+04:00)

Sentyabrın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Milli Musiqi Gününə həsr olunmuş “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək.

Akademiyadan SİA-ya bildirilib ki, konfrans Elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada, “Zoom” proqramı vasitəsilə keçiriləcək.