Azərbaycanda 155 nəfər koronavirusa yoluxdu, 149 nəfər sağalıb

13 Sentyabr 2020 18:50 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.