İsmayıllıda 3 otaqlı ev yanıb

13 Sentyabr 2020 10:12 (UTC+04:00)

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.