İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalı başa çatıb

13 Sentyabr 2020 03:05 (UTC+04:00)

İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında qaliblər elan edilib

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, festivalın "Müqəddəs Markın Qızıl Aslanı" əsas mükafatı "Köçərilər yurdu" filminə görə ABŞ-da çalışan çinli xanım Xloe Çjaoya təqdim edilib.

Qaliblərin elan edilməsi mərasimi festivalın internet saytında canlı yayımlanıb.

Festivalda 18 film nümayiş edilib.

Festivalda azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” fimi (Azərbaycanla Amerikanın birgə istehsalı) də nümayiş olunub.

Qeyd edək ki, filmimiz Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.